Bakıda avtomobil qadını vuraraq öldürüb - FOTO+VİDEO

   Bakıda avtomobil qadını vuraraq öldürüb -    FOTO+VİDEO
  28 Fevral 2022    Oxunub:1401
Bakıda avtomobil qadını vuraraq öldürüb.
Bunu AzVision.az -a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, Heydər Əliyev prospektində qeydə alınan qəza zamanı qadın dünyasını dəyişib: "Hazırda əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. İstintaq əməliyyatları aparılır. Ölənin şəxsiyyəti müəyyənləşdirilir".

***
Hazırda Bakıda Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a verilən məlumata görə, sıxlığın səbəbi həmin ərazidə ağır yol-nəqliyyat hadisəsinin baş verməsidir.

Məlumata görə, şəhər mərkəzi və “Koroğlu” metrostansiyası istiqamətində əsas və köməkçi yollarda avtomobillərin hərəkəti çətinləşib.

Hadisə ilə əlaqədar, "ASK Arena"dan “Koroğlu” metrostansiyası istiqamətində zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.







AzVision.az


Teqlər:



Xəbər lenti