Qeydiyyatı məcburi olan məhsullar - SİYAHI
- yeni növ qida məhsulları;
- genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları;
- qida əlavələri
- yem əlavələri;
- bioloji aktiv qida maddələri;
- təbii mineral sular.
Bu məhsulların qeydiyyatının qüvvədəolma müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Qeydiyyata alınmış məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Reyestrə daxil edilir. Reyestr axtarış aparan bütün şəxslər üçün açıqdır.
Qeydiyyatı tələb olunan, lakin qeydiyyata alınmamış məhsulların istehsalı, emalı və dövriyyəsi qadağandır.
Qeydiyyata alınmış məhsulların qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydaları həmin məhsulların xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Məhsulların qeydiyyatının aparılması məqsədilə götürülmüş nümunələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında tədqiqi (sınağı) aparıldığı halda, həmin tədqiq (sınaq) üçün qida subyektlərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş xidmət haqqı tutulur.
Yuxarıdakı məhsulların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Həmin məhsulların qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
AzVision.az
Teqlər: Məhsul







Vaxtında, Aydın, Lazımlı!


