3 qazi Türkiyədə müalicə olunaraq ölkəyə qayıdıb

3 qazi Türkiyədə müalicə olunaraq ölkəyə qayıdıb
  01 Mart 2022    Oxunub:1316
Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 3 qazi sağalaraq Vətənə geri dönüb.
Bu barədə AzVision.az -a Fonddan xəbər verilib. Qeyd edilib ki, həmin qazilər Alıyev Seymur Cavanşir oğlu, Zöhrablı Təbriz Atamoğlan oğlu və Şirəliyev Mehman İbrahim oğludur. Qazilərdən ikisinin Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb, biri isə təkrar müayinə üçün göndərilib və müalicənin gedişatı müsbət qiymətləndirilib.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 43 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

AzVision.az



Teqlər: Qazi   YAŞAT  



Xəbər lenti