Qız qaçırmağa görə ata və oğul tutulub

   Qız qaçırmağa görə ata və oğul tutulub
  01 Mart 2022    Oxunub:1856
Göyçayda qız qaçırmaqda şübhəli bilinən şəxslər tutulub.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 26-sı Göyçay rayonu ərazisində A.Ə.-nın (ad şərtidir) həmkəndlisi Ə.M (ad şərtidir) və atası A.M (ad şərtidir) tərəfindən evlənmək məqsədi ilə sonuncunun iradəsinə zidd olaraq qaçırılaraq oğurlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Göyçay Rayon Polis Şöbəsinə tapşırılıb. Ə.M və atası A.M şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. Hazırda iş üzrə istintaq davam edir.

AzVision.az


Teqlər: Göyçay   Qız-qaçırma  





Xəbər lenti