Ünvanlı sosial yardım kimlərə şamil olunmur?

   Ünvanlı sosial yardım kimlərə şamil olunmur?
  01 Mart 2022    Oxunub:2523
"Tam dövlət təminatında olanlar, cəzaçəkmə müəssisələrində olanlar, müddətli hərbi xidmətdə olan vətəndaşlar sosial yardım məbləğinin hesablanmasında nəzərə alınmır".
AzVision.az  xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının direktoru Nicat İsmayılov "Sosial saat"da deyib. O, ailə üzvlərindən biri xarici ölkə vətəndaşı olanlara ünvanlı dövlət sosial yardımının hansı qaydada verilməsinə aydınlıq gətirilib.

N.İsmayılov bildirib ki, ailə üzvü digər ölkənin vətəndaşıdırsa, Azərbaycan ərazisində daimi və müvəqqəti yaşamaqla bağlı vəsiqələr verilir:

"Məlumatların daxil edilməsində həmin vəsiqədən istifadə etmək olar. Amma daimi yaşamaq hüququ yoxdursa, ünvanlı sosial yardım məbləğinin hesablanmasında həmin şəxslər nəzərə alınmır".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti