"ATƏT nümayəndləri hərbi kordinatları Ukraynaya ötürür" - Basurin

   "ATƏT nümayəndləri hərbi kordinatları Ukraynaya ötürür" -    Basurin
  01 Mart 2022    Oxunub:1608
"Donetsk Xalq Respublikası"nın nümyəndəsi Eduadr Basurin ATƏT-ə qarşı sərt ittihamlar səsləndirib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, o ATƏT nümayəndələrini casusluqda ittiham edib.

- Bizdə ATƏT nümayəndələrinin Donetskdəki hərbi obyektlərin kordinatlarını Ukrayna ordusuna ötürdüyünə dair məlumat var. Əlimizə sənəd düşüb ki, orada kordinatlar yer alıb. Bu koordinatların demək olar ki, yarısını ATƏT-in missiyasının nümayəndələri verib. Bəlkə onlar buna görə qaçmaq qərarı veriblər? - Basurin deyib.

Qeyd edək ki, dünən ATƏT-in Ukraynadakı missiyasının üzvlərinin çoxu təxliyə olunması barədə məlumat yayıldı. Kiyevdəki Baş Ofisin bütün heyətinin isə yerində qaldığı bildirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti