Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun vaxtı açıqlandı

Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun vaxtı açıqlandı
  01 Mart 2022    Oxunub:1716
"Türkiyə Azərbaycan universitetinin aparılması istiqamətində müzakirələr bu gün də davam edir. Çünki universitet açmaq heç də asan iş deyil".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, uyğunlaşma ilə bağlı müzakirələr aparılır: "Ümid edirəm ki, bu il olmasa da, gələn il tələbələri qəbul etməyi planlaşdırırıq. Hətta qarşılıqlı şəkildə nümayəndə heyətlərinin səfəri də gözlənilir".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti