Seyfəli poliqonundakı partlayışların səbəbi açıqlandı

   Seyfəli poliqonundakı partlayışların səbəbi açıqlandı
  01 Mart 2022    Oxunub:1904
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

"Məlumat üçün qeyd edək ki, Seyfəli poliqonunda həyata keçirilən zərərsizləşdirmə işləri artıq yekunlaşdırılıb. Plana uyğun olaraq utilizasiya prosesinin bir hissəsinin Qaraheybət poliqonunda davam etdirilir.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını bildiririk", - məlumatda qeyd edilib.

AzVision.az


Teqlər: Poliqon  



Xəbər lenti