İlham Əliyev Makronla Ukraynanı müzakirə edib

      İlham Əliyev Makronla Ukraynanı müzakirə edib
  02 Mart 2022    Oxunub:1369
Martın 1-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Söhbət zamanı Ukraynada cərəyan edən böhran vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələləri müzakirə olunub. Telefon danışığı zamanı, həmçinin enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Makron  



Xəbər lenti