Sahil Babayevin müşavirinə yeni vəzifə verildi

 Sahil Babayevin müşavirinə yeni vəzifə verildi
  02 Mart 2022    Oxunub:1648
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatları həyata keçirilib.
Qurumdan AzVision.az -a verilən məlumata görə, Vəli Quliyev Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin əvvəlki rəisi Fuad Heydərov isə Nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri, şöbənin əvvəlki müdiri Əbülfət Məhərrəmov əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub.

Qeyd edək ki, V.Quliyev 1984-cü ildə Sumqayıtda anadan olub. Dövlət İdarəçilik Akademiyasını bitirib. 2007-ci ildən bank-maliyyyə sektorlarında rəhbər vəzifələrdə, 2020-ci ildən bu günədək əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

AzVision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti