"Brent" neftinin qiyməti 113 dolları ötüb

"Brent" neftinin qiyməti 113 dolları ötüb
  02 Mart 2022    Oxunub:1357
"Brent" neftinin qiyməti son 8 ildə ilk dəfə 113 ABŞ dollarını ötüb.
AzVision.az bu barədə ICE London Fond Birjasının məlumatlarına istinadən xəbər verir. ICE birjasında 2022-ci ilin may tədarükü ilə bu markalı neftin fyuçers müqaviləsinin dəyəri 6,78% artıb.

Hazırda "Brent" markalı neftin qiyməti bir barel üçün 113,09 dollar təşkil edir. "Brent" neftinin sonuncu dəfə 2014-cü ilin iyulunda bir barel üçün qiyməti 112 dolları keçib.


AzVision.az


Teqlər: Neft  





Xəbər lenti