Avropada qazın qiyməti 2 100 dolları keçib

   Avropada qazın qiyməti 2 100 dolları keçib
  02 Mart 2022    Oxunub:1483
Avropada qazın qiyməti 2021-ci il dekabrın 21-dən bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 2 100 dollardan yuxarı qalxıb.
AzVision.az xəbər verir ki, bu barədə ICE London Fond Birjasının məlumatında deyilir. Ticarətin başlanğıcında aprel fyuçersləri 2100,5 ABŞ dolları təşkil edib.

Avropada qazın qiymətində nəzərəçarpacaq artımı ABŞ, Aİ, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlərin Rusiyanın bir sıra hüquqi və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq etdiyini elan etməsi fonunda müşahidə olunur. Bundan əlavə, 2014-cü ilin iyun ayından etibarən neftin qiymətinin maksimum həddə qalxmasından sonra qazın qiyməti artır.

AzVision.az



Teqlər: Qaz  





Xəbər lenti