Bakıda motosiklet qəzalarının sayı artıb
Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Aydın Əlizadənin sözlərinə görə, bu cür qəzalar demək olar ki, hər gün baş verir:
“Gündəlik olaraq bir və ya bir neçə motosiklet qəzasından yaralılar gəlir. Bunların böyük əksəriyyəti qida çatdırılması ilə və ya kuryerliklə məşğul olan sürücülərdir. Ötən gün 5 belə qəza baş verib ki, nəticədə 6 yaralı gətirilib. Onlardan biri hətta piyadanı vurmuşdu və hər ikisi yaralanmışdılar”.
Qeyd edək ki, hər ay motosiklet qəzalarından gələn yaralıların statistikasında artım baş verir.
Aytən Zəhra
AzVision.az
Teqlər: Qəza







Vaxtında, Aydın, Lazımlı!


