“Azərsu”yun əməkdaşını döydülər

   “Azərsu”yun əməkdaşını döydülər
  02 Mart 2022    Oxunub:1488
“Azərsu”yun işçisinə zor tətbiq edən vətəndaşa cinayət işi başlanıb.
Abşeron rayon prokurorluğundan AzVision.az -a bildirilib ki, fevralın 17-də “Azərsu” ASC-nin Abşeron rayon “Su-Kanal” İdarəsinin əməkdaşı Elbrus Allahverdiyevə qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Abşeron rayonu Nübar qəsəbə sakini Müzəffər Mahmudovun 2021-ci ilin iyul ayından istifadə etdiyi suyun dəyərinin ödənilməsini ondan tələb edən E.Allahverdiyevə yüngül dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti