“Uşaqlara “fast-food”ların verilməsi faciədir”- Həkim

   “Uşaqlara “fast-food”ların verilməsi faciədir”-     Həkim
  02 Mart 2022    Oxunub:1592
“Uşaqlara “fast-food”ların verilməsi faciədir. Gün ərzində 5-6 dəfə şirniyyat qəbul edən uşaqlar var. Heç olmasa 3-4 gündən bir verilməsi tövsiyə edilə bilər".
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.

Onun sözlərinə görə, məcbur qaldıqda həftədə bir dəfə verilə bilər:

"Mümkün qədər insanlar “fast-food”u rasionlarından çıxarmalıdırlar. Nəzərə alsaq ki, həmin qidaların yanında digər zərərli içkilər də olur. Yaxşı olardı ki, daha sağlam qidalanmaya üstünlük verək. Zərərli içkilərdənsə, su qəbulunu artırmaq məsləhətdir”.

AzVision.az



Teqlər:



Xəbər lenti