Atəşkəsdən sonra 200 azərbaycanlı minaların qurbanı olub

   Atəşkəsdən sonra 200 azərbaycanlı minaların qurbanı olub
  02 Mart 2022    Oxunub:1486
Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qurğularla kütləvi şəkildə çirkləndirilməsi minlərlə azərbaycanlı məcburi köçkünün öz torpaqlarına təhlükəsiz və ləyaqətlə qayıtmasına əsas maneədir.
AzVision.az -ın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 49-cu Sessiyasında çıxışı zamanı bildirib. O qeyd edib ki, ANAMA minatəmizləmə, mina riski ilə bağlı maarifləndirmə və zərərçəkmişlərə yardım üzrə fəaliyyətlərin əlaqələndirilməsi ilə məşğuldur.

XİN başçısı vurğulayıb ki, Ermənistanın təqdim etdiyi minalanmış ərazilərin xəritələrinin yalnız 25 faizi dəqiq olub, bu isə minatəmizləmə prosesinin sürətləndirilməsinə o qədər də kömək etməyib: “Proses davam edir. Biz insanlarımızı itiririk. Münaqişənin başa çatmasından indiyədək 200-ə yaxın insanın mina partlayışlarının qurbanı olub”.

AzVision.az


Teqlər: Mina   XİN  



Xəbər lenti