Ukraynadan təxliyə edilən sürücülərimizin sayı 19-a çatıb
Məlumata görə, səhər saatlarında Odessa şəhərində cəmləşən 12 yük maşını Moldovaya yola düşüb. Bu saatlarda isə Odessa limanı ərazisindəki 5, Çerkassı və Vinnitsa şəhərlərindən isə 2 sürücü Moldovaya doğru istiqamət alıb. Ötən gün Ukrayna hüdudlarını tərk edən 6 yük maşını artıq Bolqarıstana çatıb. Bir sürücü isə yükü ilə bağlı Rumıniya sərhəddindədir.
AzVision.az
Teqlər: Ukrayna







Vaxtında, Aydın, Lazımlı!


