Son sutkada 865 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib

   Son sutkada 865 nəfər COVID-19-a yoluxub,    16 nəfər vəfat edib
  02 Mart 2022    Oxunub:1593
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 865 yeni yoluxma faktı qeydə alınıb, 2044 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 787 367 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 769 746 nəfər müalicə olunaraq sağalıb, 9 454 nəfər vəfat edib, aktiv xəstə sayı 8 167 nəfərdir. Ölkədə son sutka ərzində 8 487, hazırkı dövrədək isə 6 572 316 test aparılıb.

AzVision.az


Teqlər: COVID-19  



Xəbər lenti