Ukraynadan 1000-dən çox azərbaycanlı Rumıniyaya təxliyə edilib

 Ukraynadan 1000-dən çox azərbaycanlı Rumıniyaya təxliyə edilib
  04 Mart 2022    Oxunub:2013
“Bu gün səhər saatlarında Ukraynadan 1000-dən çox azərbaycanlı Rumıniyaya təxliyə edilib".
AzVision.azxəbər verir ki, bunu Rumıniyadakı Azərbaycan diaspor təşkilatının rəhbəri Vaqif Həsənov deyib.

O bildirib ki, səfirlik əməkdaşları onları yerləşdirmək üçün yerlər ayırıb: “Onların siyahısı tutulacaq. Növbəlilik əsasında avtobuslarla Türkiyə üzərindən ya Azərbaycana yola salınacaqlar. Bəziləri istəyir ki, Buxaret-İstanbul -Bakı istiqamətində bilet alaraq Azərbayaca getsin. Onlar özləri gedəcək”.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti