TƏBİB xəstəxanalara həkim axtarır

TƏBİB xəstəxanalara həkim axtarır
  03 Mart 2022    Oxunub:1502
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə həkim-mütəxəssislərin (o cümlədən xaricdə təhsil almış) işə qəbulunu elan edib.
AzVision.az xəbər verir ki, TƏBİB tabeliyindəki aşağıdakı tibb müəssisələrinə işə qəbul olmaq istəyən həkim-mütəxəssislər anket formasını dolduraraq tələb olunan sənədlərin elektron nüsxələri ilə birlikdə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Elektron poçtun “mövzu” bölməsində müraciət edilən vəzifənin və tibb müəssisəsinin adı qeyd edilməlidir. Namizəd bir neçə tibb müəssisəsinə müraciət etmək istədiyi halda, hər tibb müəssisəsi üzrə ayrı-ayrılıqda müraciət etməlidir.

AzVision.az



Teqlər:



Xəbər lenti