Tacikistan parlamentinin spikeri Bakıya gəlib

Tacikistan parlamentinin spikeri Bakıya gəlib
  03 Mart 2022    Oxunub:1807
Bu gün Tacikistan Ali Məclisi Milli Məclisinin sədri Rustami Emomoli Azərbaycana rəsmi səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Rustami Emomolinin başçılıq etdiyi Tacikistan parlament nümayəndə heyətini Milli Məclisin sədr müavini Adil Əliyev, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov, Tacikistanın ölkəmizdəki səfiri Rustam Soli və digər rəsmi şəxslər qarşılayıblar. Rəsmi səfər martın 4-də başa çatacaq.

AzVision.az



Teqlər: Tacikistan  



Xəbər lenti