Armavia işçiləri etirazlara başlayıb

Armavia işçiləri etirazlara başlayıb
  03 Aprel 2013    Oxunub:1466
Ermənistanın Armavia şirkətinin işçiləri etirazlara başlayıb.
Şirkət əməkdaşlarının ilk addımı Ermənistan hökumətinə məktub ünvanlamaq olub. Onlar hökuməti Armaviaya dəstək verməməkdə günahlandırır. Şirkət Kollektivi şirkətin iflasında Ermənistan rəhbərliyinin əli olduğunu bildirir.

Ümumilikdə isə Ermənistan özü aviaşirkətsiz qalıb. Bu halın isə onsuz da ağır olan ölkə iqtisadiyyatına daha böyük zərbə vurulacağı bildirilir.

Ermənistan rəhbərliyi isə bu günkü açıqlamasında Armavianın borclu olduğu 30 milyon dollar borcun hökumətə qaldığını, iflas səbəbindən Armavianın bu borcu ödəmək qabiliyyətində olmadığını deyir. Şirkət isə sərnişinlərin aldıqları biletlərinin pulunu geri qaytaracağını bildirir.

Bu arada “Armavia”nın bağlanması səbəbindən bir sıra aviaşirkətlər əlavə reyslər həyata keçirməyə məcbur qalıb.


Teqlər:  





Xəbər lenti