Norveç Rusiya ilə təhsil sahəsində əməkdaşlığı dondurur

   Norveç Rusiya ilə təhsil sahəsində əməkdaşlığı dondurur
  04 Mart 2022    Oxunub:2489
Norveç hakimiyyəti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya ilə elm və təhsil sahəsində əməkdaşlığı dayandırmaq qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə hökumətin bəyanatında deyilir. "Biz Rusiya hakimiyyəti ilə istənilən dialoqu dayandırırıq. Norveçlə Rusiyanın tədqiqat və təhsil müəssisələri arasında bütün razılaşmalar dayandırılmalıdır", - Elm və ali təhsil naziri Ola Borten Mue deyib.

Qeyd olunur ki, nazirliklər və idarələr arasında əməkdaşlıq proqramları, elm və təhsil sahəsində sazişlərin fəaliyyəti, Rusiya və Norveç təşkilat və qurumları arasında bütün müqavilələr dayandırılır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Norveç  





Xəbər lenti