Altı günlük məktəblərdə martın 7-si iş günüdür - Rəsmi

   Altı günlük məktəblərdə martın 7-si iş günüdür -    Rəsmi
  04 Mart 2022    Oxunub:1505
Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin 3 mart 2022-ci il tarixli, 69 nömrəli Qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.
Təhsil Nazirliyindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, beş günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 mart iş günü, 7 mart isə qeyri-iş günü hesab edilir.

Altı günlük iş həftəsi olan təhsil müəssisələrində isə 5 mart iş gününə təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – martın 7-si iş günü hesab edilir.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti