"Məktəblərdə dərs olmasına baxmayaraq, imtahanlar vaxtında keçiriləcək" - DİM

   "Məktəblərdə dərs olmasına baxmayaraq,   imtahanlar vaxtında keçiriləcək" - DİM
  04 Mart 2022    Oxunub:1411
Nazirlər Kabinetinin qərarına əsasən, 7 mart iş günü ilə 5 mart istirahət gününün dəyişdirilib. Martın 5-i və 6-sı tarixlərində eyni zamanda buraxılış imtahanları keçiriləcək.
Dövlət İmtahan Mərkəzi martın 5-i dərs günü olduğu üçün buraxılış imtahanlarının vaxtının dəyişib-dəyişməyəcəyi məsələsinə aydınlıq gətirilib.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə AzVision.az -ın sorğusuna cavab olaraq bildirib ki, imtahanların elan olunmuş qrafik üzrə - martın 5-də və 6-da keçirilməsi nəzərdə tutulur.

AzVision.az -ın əldə etdiyi məlumata görə, bəzi məktəblərdə martın 5-i I növbəyə dərs keçilsə də, II növbənin şagirdlərinin onlayn dərslərə qoşulması bildirilib. Bunun məktəbdə keçiriləcək buraxılış imtahanlarına hazırlıqla bağlı olduğu bildirilib.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti