Bəbirlərin Azərbaycanda ən çox rast gəlindiyi ərazilər açıqlandı

Bəbirlərin Azərbaycanda ən çox rast gəlindiyi ərazilər açıqlandı
  04 Mart 2022    Oxunub:1618
Bəbirlərin Azərbaycanın ən çox hansı ərazilərində rast gəlindiyi açıqlanıb.
AzVision.az xəbər verir ki, Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov “Ekspert saatı”nda çıxışı zamanı bəbirlərin cənub zonasında olduğunu deyib.

Onun sözlərinə görə, hazırda Hirkan və Naxçıvanda Zəngəzur milli parklarında yayılıblar:

“Bu yaxınlarda azad edilən Kəlbəcərdə də bəbirə rast gəlinib. Migəçevir gölünün ətrafında olan boz dağlarda bir müddət bəbir orada da müşahidə edilmişdi. Son vaxtlar Şahdağ Milli Parkın ərazisindən də məlumat almışıq, sadəcə təsdiqlənməsini gözləyirik”.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti