Ərdoğanla Obama görüşəcək

Ərdoğanla Obama görüşəcək
  03 Aprel 2013    Oxunub:1428
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan mayın 16-da ABŞ-a səfər edəcək.
AzVision.az xəbər verir ki, səfər çərçivəsində Ərdoğan ABŞ prezidenti Barak Obama ilə görüşəcək. Görüş zamanı, iki ölkə arasındakı münasibətlər, İsrail ilə Türkiyə əlaqələrinin normallaşması, İsrailin öz üzərinə götürdüyü öhdəliklər əsas müzakirə mövzusu olacaq.
Tərəflər həmçinin, Suriyadakı Bəşər Əsəd rejiminə qarşı tədbirlərin görülməsini müzakirə edəcək.

Xatırladaq ki, Ərdoğanın səfərindən öncə ABŞ Dövlət Departamentinin katibi Con Kerri gələn həftə Türkiyəyə səfər edəcək. Səfər zamanı onun türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşəcəyi bildirilir.



Teqlər:  





Xəbər lenti