Amnistiya Aktının icrası bu gün başa çatır

   Amnistiya Aktının icrası bu gün başa çatır
  05 Mart 2022    Oxunub:1245
Bu gün 8 Noyabr- Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktının icrası başa çatır.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova AzVision.az -a bildirib ki, bununla bağlı martın 11-də nazirliyin aidiyyəti rəhbər şəxslərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin 2021-ci il noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti