"İnanıram ki, güclü sülh içində gələcək quracağıq" - Bilal Ərdoğan

   "İnanıram ki, güclü sülh içində gələcək quracağıq" -    Bilal Ərdoğan
  05 Mart 2022    Oxunub:1058
Azərbaycanla "bir millət iki dövlət" anlayışına sahib olduğumuz üçün bu gün forumu Bakıda keçirmək bizim üçün çox xoşdur.
AzVision.az xəbər verir, bunu "Ethnosport" forumunda Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan deyib. O qeyd edib ki, bu forumun məqsədlərindən biri insanlıq arasında körpü yaratmaqdır.

"Keçmiş ənənələrimizi qorumaq, saxlamaq insanlıq üçün çox əhəmiyyətlidir. Hər cəmiyyətin adət-ənənəsi çox dəyərlidir. Düşünürəm ki, adət-ənənələr dünyanın fərqli rəngləridir və rəngli bir dünya hər zaman daha yaxşı seçim olub. İnanıram ki, bu sayədə güclü sülh içində gələcək quracağıq. Çoxlu ölkələrin və millətlərin nümayəndələrini bir araya gətirmək böyük uğurdur. İndi dünyada müharibədən danışılır. Biz çalışdıq ki, bu forumla insanlıq və xalqlar üçün rəngarəng tədbir təşkil edək. Bizim məqsədimiz insanlığın ümumi dəyərlərini saxlamaqdır. Sülhə və həmrəyliyə töhfə vermək istəyirəm", - deyə o qeyd edib.

AzVision.az



Teqlər:



Xəbər lenti