"Türkiyə-Azərbaycan müttəfiqliyi xalqlarımızın qəlbindədir" - İlham Əliyev

   "Türkiyə-Azərbaycan müttəfiqliyi xalqlarımızın qəlbindədir" -    İlham Əliyev
  05 Mart 2022    Oxunub:1451
"Türkiyə-Azərbaycan əlaqələri hər zaman müttəfiqlik səviyyəsində idi və müttəfiqlik xalqlarımızın qəlbindədir".

AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 5-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.
"Əlbəttə ki, bu gün Türkiyə-Azərbaycan müttəfiqlik əlaqələrinin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparacağıq. Üç aydan sonra biz Şuşa Bəyannaməsinin birinci ildönümünü qeyd edəcəyik. Bu, tarixi bir sənəddir. Əslində Türkiyə-Azərbaycan əlaqələri hər zaman müttəfiqlik səviyyəsində idi və müttəfiqlik xalqlarımızın qəlbindədir. Sadəcə olaraq, biz keçən il Şuşada bunu rəsmən təsdiqlədik", - dövlət başçısı bildirib.

AzVision.az



Teqlər: Prezident  



Xəbər lenti