Sabah Ukraynadakı Azərbaycan vətəndaşları avtobusla Kiyevdən İstanbula aparılacaq

   Sabah Ukraynadakı  Azərbaycan vətəndaşları  avtobusla Kiyevdən İstanbula aparılacaq
  05 Mart 2022    Oxunub:1540
"Sabah - martın 6-da Kiyevdən avtobusla Türkiyənin İstanbul şəhərinə azərbaycanlıların evakuasiya edilməsi planlaşdırılır".
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Rüfət Quliyev məlumat verib.

Onun sözlərinə görə, Kiyev-İstanbul reysinin biletləri Kiyev Azərbaycanlıları Konqresi tərəfindən ödəniləcək:

"İlk növbədə uşaqlar, yaşlılar, xanımlar və ailəli olanlar yola salınacaqlar. Kiyevdən İstanbula təxliyə olunmaq istəyənlər bu nömrə ilə əlaqə saxlasınlar: +380 (98) 949 70 38".

Deputat onu da vurğulayıb ki, İstanbuldan Bakıya yollanmaq istəyənlər öz hesablarına gedə biləcəklər.

AzVision.az



Teqlər: Ukrayna   Azərbaycanlılar  



Xəbər lenti