Ukraynadan daha 180 azərbaycanlı Bakıya gətirilib - FOTOLAR

   Ukraynadan daha 180 azərbaycanlı Bakıya gətirilib -  FOTOLAR
  06 Mart 2022    Oxunub:1708
Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən azərbaycanlılar Polşa ərazisindən həyata keçirilən çarter reysi ilə aralarında 6 körpə olmaqla, 180 sərnişin ölkəyə gəlib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tvitterdəki hesabında paylaşım edilib.

Qeyd olunub ki, indiyədək baş tutan 8 çarter reysi ilə 1 475 həmvətənimiz Azərbaycana gəlib.





AzVision.az


Teqlər:



Xəbər lenti