Azərbaycanda yoluxanların sayı 149-a düşdü, 13 nəfər öldü

   Azərbaycanda yoluxanların sayı 149-a düşdü,    13 nəfər öldü
  07 Mart 2022    Oxunub:1135
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 789 481 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 775 706 nəfər müalicə olunaraq sağalıb, 9 531 nəfər vəfat edib. 4 244 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 512, bu günə qədər isə ümumilikdə 6 603 318 test icra olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti