Ukraynadan Azərbaycana 3138 nəfər təxliyə olunub

 Ukraynadan Azərbaycana    3138 nəfər    təxliyə olunub
  07 Mart 2022    Oxunub:1879
Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir.

Xarici İşlər Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, 7 mart 2022-ci il tarixinədək Azərbaycana 3138 nəfər təxliyə olunub.
Bildirilib ki, Onların sırasında çarter reysləri vasitəsilə 1908 nəfər, quru yolu ilə təxliyə olunanlar isə 1263 nəfər təşkil edir: “Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 10 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib.

Vətəndaşlarımızın həm çarter reysləri, həm də qonşu ölkələrin ərazisindən keçməklə avtobuslarla təxliyəsi davam edəcək”.

AzVision.az



Teqlər: Ukrayna   Azərbaycan  



Xəbər lenti