“Voyager” 37 ildən sonra mühərriklərini işə saldı... Niyə?!

   “Voyager”    37 ildən sonra    mühərriklərini işə saldı...    Niyə?!
  08 Mart 2022    Oxunub:2297
Hazırda Yerdən 21 milyard kilometr uzaqda olan “Voyager-1” zondu 1980-ci ildən bəri ilk dəfə olaraq 4 ehtiyat mühərrikini işə salıb. Həmin mühərriklər 10 millisaniyəlik impulslar vasitəsilə zondun fəzadakı istiqamətində dəyişiklik ediblər.
19 saat 35 dəqiqə çəkən impulslardan sonra “Deep Space Network” antennası (Qoldstoun, Kaliforniya) manevrin uğurla başa çatmasına dair siqnal qəbul edib.

Qeyd edək ki, “Voyager-1”in rezerv TCM mühərrikləri axırıncı dəfə 37 il bundan əvvəl aparat Saturnun yanından keçərkən işə düşmüşdülər. Hazırda sükan mühərrikləri aşınmış vəziyyətdə olduğundan, rezerv variantdan istifadə edilib.

Manevrdə məqsəd zondun göndərdiyi siqnalların qəbulunu asanlaşdırmaqdır.

“Voyager-1” 1977-ci il sentyabrın 5-ə “Titan IIIЕ” daşıyıcı raketi vasitəsilə kosmosa buraxılıb. Yer ilə əlaqə saxlamaq üçün 3,5 metrlik antennası olan zond plutonium generatorundan qidalanır.

Samir
AzVision.az


Teqlər: Voyager   Astrofizika  





Xəbər lenti