Azərbaycan nefti 10 dollaradək bahalaşıb

   Azərbaycan nefti 10 dollaradək bahalaşıb
  08 Mart 2022    Oxunub:884
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 7-də 128,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 9,93 dollar/barel çoxdur.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 126,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 10,07 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 95,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 10,39 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 130,05 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 9,82 dollar/barel çoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti