"Tanrı qadınları artıq-əskik danışan yaraşıqlı kişilərdən qorusun"

   "Tanrı qadınları artıq-əskik danışan yaraşıqlı kişilərdən qorusun"
  08 Mart 2022    Oxunub:2549
Bu gün 8 mart - Beynəlxalq Qadınlar Günüdür. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da xanımlar özəl günü qeyd edirlər. AzVision.az dahilərin qadınlar haqqında söylədiyi maraqlı aforizmləri təqdim edir.

Henri Miller: Qadınlarla bağlı edəcəyin üç şey var. Ya onları sevə bilərsən, ya onlar üçün əzab çəkə bilərsən, ya da onları ədəbiyyata çevirə bilərsən.

Oskar Uayld: Qadınlar sevilmək üçün yaradılıblar, anlamaq üçün deyil.

Onore de Balzak: Tanrı qadınları artıq-əskik danışan yaraşıqlı kişilərdən qorusun.

Napoleon: Gözəl qadın gözə, yaxşı qadın ürəyə xoş gələr, birincisi brilliant, ikincisi xəzinədir.

Atatürk: Dünyada gördüyümüz hər şey qadının əsəridir.

Corc Bayron: Gecə qadınlarla ulduzları gözəl göstərir.

Dostoyevski: Sevən qadın sevdiyi kişinin bütün qüsurlarını, hətta cinayətlərini belə ilahiləşdirər.

Viktor Hüqo: Qadınları gözəl edən Tanrı, sevimli edən isə şeytandır.

Konfutsi: Qadın hər şeyi bağışlayar, ancaq unutmaz.

Jan de Labryuer: Çirkin qadın yoxdur, gözəl görünməsini bilməyən qadın var.

Ambroz Birs: Bir qadın, əgər bir kişi onun əlinə düşmədən əvvəl qucağına düşə bilsəydi daha cazibəli olardı.

Jules Renard: Bir qadına gözəl olduğunu söyləməyin; ona başqa bir qadının onun kimi olmadığını söyləyin və görəcəksiniz ki, bütün qapılar sizə açılacaq.

AzVision.az


Teqlər: Qadın   8Mart  





Xəbər lenti