Prezident İtaliya hökumətinin başçısı ilə Ukraynanı müzakirə edib

   Prezident  İtaliya hökumətinin başçısı ilə Ukraynanı müzakirə edib
  08 Mart 2022    Oxunub:1606
İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ukraynadakı vəziyyəti müzakirə edib.
AzVision.az xəbər verir ki, bu barədə müzakirə M.Draqinin martın 8-də Prezident İlham Əliyevlə telefon danışığı zamanı baş tutub.

Telefon söhbəti zamanı regional mövzular, o cümlədən Ukraynada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, martın 8-də İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

AzVision.az


Teqlər: İlhamƏliyev  



Xəbər lenti