Azərbaycan və İran iqtisadi əməkdaşlıq üzrə iclası keçirəcək

   Azərbaycan və İran iqtisadi əməkdaşlıq üzrə iclası keçirəcək
  08 Mart 2022    Oxunub:1015
Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, iclasın Azərbaycanda cari ilin 9-10 mart tarixlərində keçirilməsi nəzərdə tutulub.

Bu gün telefonda danışan Azərbaycan və İran XİN başçıları Dövlət Komissiyasının növbəti iclasının yüksək önəmini qeyd ediblər.

Bu xüsusda İranın rəsmi heyəti ilə yanaşı, Azərbaycana bir qrup iş adamlarının səfər etməsi məmnunluqla vurğulanıb.

Xatırladaq ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı baş tutub.

AzVision.az


Teqlər:



Xəbər lenti