"Lamborghini" də Rusiya bazarındakı fəaliyyətini dayandırdı

   "Lamborghini"    də Rusiya bazarındakı fəaliyyətini dayandırdı
  08 Mart 2022    Oxunub:1408
İtaliyanın super avtomobillər istehsal edən "Lamborghini" şirkəti Rusiya bazarında biznes fəaliyyətini dayandırdığını elan edib.
AzVision.az xəbər verir ki, bu barədə şirkətin "Instagram" hesabında məlumat verilib.
- Mövcud vəziyyət fonunda Rusiya ilə iş dayandırılıb, - məlumatda bildirilir.
"Lamborghini" Ukraynada baş verənlərdən çox kədərləndiklərini və vəziyyəti böyük narahatlıqla izlədiklərini bəyan edib. Münaqişə qurbanlarına dəstək olmaq üçün avtomobil istehsalçısı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı üçün vəsait yığmağa başlayıb.

Xatırladaq ki, digər lüks seqmentin nümayəndəsi olan Ferrari də çərşənbə axşamı günü Rusiya bazarı üçün avtomobillərin istehsalının dayandırılması barədə qərarı elan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti