"Unilever" Rusiyada fəaliyyətini dayandırdı

      "Unilever"    Rusiyada fəaliyyətini dayandırdı
  08 Mart 2022    Oxunub:1892
Qida və istehlak mallarının beynəlxalq istehsalçısı olan məşhur "Unilever" (Bura brendlər Dove, Axe, Rexona, Chistaya Liniya, Black Pearl, Forest Balsam, Domestos, Cif və s. daxildir-red.) Rusiyaya məhsullarının ixracını və ölkədən idxalı dayandırdığını elan edib.
AzVision.az xəbər verir ki, dünya iqtisadiyyatında aparıcı rol oynayan nəhəng şirkət bununla bağlı açıqlama yayıb.

"McDonalds" Rusiyada 850 restoranını bağladı
- Məhsullarımızın Rusiyaya və Rusiyadan bütün idxal-ixracını və bütün media və reklam xərclərini dayandırdıq. Biz ölkəyə investisiya qoymayacağıq və Rusiyadakı mövcudluğumuzdan qazanc əldə etməyəcəyik. Biz Rusiya istehsalı olan gündəlik tələbat mallarını, gigiyena məhsullarını ölkədəki insanlar üçün tədarük etməyə davam edəcəyik, - "Unilever"in açıqlamasında deyilir.

Qeyd edək ki, bundan öncə xeyli sayda dünyaca məşhur brend və ABŞ şirkətləri Rusiyadakı fəaliyyətlərini dayandırdıqlarını bəyan ediblər. Buna səbəb kimi Rusiyanın Ukrayna torpaqlarına qoşun yeritməsi göstərilir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya  





Xəbər lenti