Azərbaycan neftinin qiyməti 136 dollara çatıb

 Azərbaycan neftinin qiyməti  136 dollara çatıb
  09 Mart 2022    Oxunub:1001
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
AzVision.az -ın xəbərinə görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,7% və ya 7,28 dollar artaraq 135,99 dollar təşkil edib.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,42 dollar artaraq 130,40 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,93 dollar artaraq 125,63 dollar olub.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

AzVision.az



Teqlər: Neft  





Xəbər lenti