Qadınlar arasında süd vəzi xərçəngi çoxalıb

 Qadınlar arasında  süd vəzi xərçəngi çoxalıb
  09 Mart 2022    Oxunub:1863
"Azərbaycanda son 15 ildə süd vəzi xərçənginin qadınlar arasında yayılması 32.3 faiz təşkil edir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov deyib.

Onun sözlərinə görə, erkən və vaxtında qoyulan diaqnozla xəstəliyə qalib gəlmək olar: "Xəstəliyin vaxtında diaqnostika və müalicəsində komanda işi önəmlidir. Bununla da gələcəkdə xərçəngdən qurtula bilərik".

R.Bəylərov əlavə edib ki, süd verən anaların xərçəngə yoluxma riski 20 %-ə qədər aşağı düşür.

AzVision.az



Teqlər:



Xəbər lenti