Ötən il 101 milyonluq əmlakın üzərinə həbs qoyulub

   Ötən il    101 milyonluq əmlakın    üzərinə həbs qoyulub
  09 Mart 2022    Oxunub:1680
Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri üzrə vurulan ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə 2021-ci il ərzində istintaqı başa çatdırılan işlər üzrə 101 373,6 min manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında əks olounub.

Qeyd edilib ki, müvafiq dövr ərzində korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarənin fəaliyyətinin və antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.

Belə ki, Baş İdaranin fəaliyyəti ilə bilavasitə əlaqədar olan müxtəlif normativ hüquqi akt layihələrinə dair rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

AzVision.az


Teqlər: Əmlak   Həbs  



Xəbər lenti