Rusiya sülhməramlıları Qarabağı tərk edir? - VİDEO

   Rusiya sülhməramlıları Qarabağı tərk edir? -    VİDEO
  09 Mart 2022    Oxunub:2292
Bir sıra yerli Telegram kanalları bu gün səhər saatlarında Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti ilə maşın karvanının Laçın dəhlizi ilə Xankəndini tərk etməsi barədə məlumat yayıb. Ehtimala görə, onlar Ukraynaya köçürüləcək.
Digər versiyaya görə, Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının bir hissəsi Gümrüdəki 102-ci hərbi bazaya yerləşdiriləcək. Bu hərbi bazadakı hərbçilər isə öz növbəsində Rusiya ordusuna kömək etmək məqsədilə Ukraynaya göndəriləcək.

Azərbaycanın Qarabağ bölgəsində sülhməramlı kontingentin qeyri-adi rotasiyasının olduğu bildirilir.

Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.



AzVision.az


Teqlər:



Xəbər lenti