Ötən il 246 uşaq ürək əməliyyatı olub

   Ötən il    246 uşaq    ürək əməliyyatı olub
  09 Mart 2022    Oxunub:1137
Hökumət uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması istiqamətində qəbul edilmiş dövlət proqramı çərçivəsində 2 milyon manat büdcə vəsaiti nəzərdə tutulduğu halda onun yalnız 15% səviyyəsinda icra edilməsi məsələsinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.

Qeyd edilib ki, uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması ilə bağlı xüsusi dövlat proqramı qabul edilməyib. Buna baxmayaraq, İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi tərəfindən uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması prioritet məsələlərdən biri kimi qəbul edilməklə, bu istiqamətdə Agentliyin büdcəsi hesabına 2021-ci il ərzində ümumilikdə 246 uşaqda əməliyyat həyata keçirilib.

2020-ci ilədək Səhiyyə Nazirliyinin tibb müəssisələrində isə 263 uşağa dövlət hesabına kardiocərrahiyyə əmaliyyatı icra olunub.

AzVision.az


Teqlər: Ürək  



Xəbər lenti