Birinci sinifə şagird qəbulunun vaxtı açıqlandı

Birinci sinifə şagird qəbulunun vaxtı açıqlandı
  09 Mart 2022    Oxunub:1552
2022-2023-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna may ayında başlanılacaq.
Təhsil Nazirliyindən AzVision.az -a verilən məlumata görə, ümumitəhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Prosesin başlanılma tarixi barədə vətəndaşlara əvvəlcədən ətraflı məlumat veriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti