Bakı Limanın terminalları şirkətlərin idaərçiliyinə veriləcək" - Taleh Ziyadov

   Bakı Limanın terminalları şirkətlərin idaərçiliyinə veriləcək" -    Taleh Ziyadov
  10 Mart 2022    Oxunub:1605
"Növbəti on il ərzində gündəlikdə olan məsələ Bakı Limanında yerüstü quru liman formatının tətbiq edilməsidir".
AzVision.az xəbər verir ki, bunu Bakı Limanın Baş direktoru Taleh Ziyadov Bakı Limanı və Avropa İttifaqının birgə təşkilatçılığı ilə baş tutan “Bakı Limanının imkanlarının genişləndirilməsinə dəstək: Faza 2” layihəsinin bağlanış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, quru liman formatı Bakı Limanın mərkəzi hab rolunu oynamasına imkan verəcək:
"Liman yerüstü inzibatçı olaraq çalışacaq. Hazırda terminalların istismarı nəzarətimizdədir. Biz gələcəkdə xüsusi şirkətlərə terminalları müqavilə əsasında idarəçiliyə verəcəyik. Eyni zamanda, bu beynəlxalq şirkətlərin, regional şirkətlərin, həmçinin Avropa İttifaqından olan şirkətlərin bir araya gəlməsinə yol açacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti