"Azərbaycan təminat zəncirində əhəmiyyətli oyunçulardan olacaq" - Taleh Ziyadov

   "Azərbaycan təminat zəncirində əhəmiyyətli oyunçulardan olacaq" -    Taleh Ziyadov
  10 Mart 2022    Oxunub:1669
"Son geosiyasi hadisələr göstərir ki, Azərbaycanın da fəal iştirak etdiyi Orta Dəhlizin əhəmiyyəti artır".
AzVision.az xəbər verir ki, bunu Bakı Limanın Baş direktoru Taleh Ziyadov Rusiya-Ukrayna münaqişəsinin Azərbaycan üzərindən yüklərin artmasına təsirindən danışarkən deyib. Onun sözlərinə görə, burada üç əsas faktora fikir vermək lazımdır:
"Birincisi, bu müddətdə orta dəhlizin əhəmiyyəti qısa və orta müddətdə artacaq. Orta Dəhliz Çinin Avropaya, Qaraya dənizə, Türkiyəyə, Aralıq dənizinə birləşməsi üçün vacib rol oynayır.
Bu hadisələr Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün növbəti mərhələnin çatdığını göstərir. Daha öncə Qara dənizdə yekunlaşan konteynerlər bu vəsilə ilə bir addım da irəli gələrək Ələtə çatdırılmasının və Ələtin paylayıcı mərkəz funksiyasını yerinə yetirməsinin zamanı çatıb. Növbəti illərdə 130 milyon insanın yaşadığı bu regionun paylayıcı mərkəz funksiyalarının Ətdən həyata keçirilməsi fürsəti doğur".

T.Ziyadov qeyd edib ki, son hadisələr Zəngəzur dəhlizinin əhəmiyyətini göstərir: "Bu dəhliz nəinki Şimal-Cənub istiqamətində olan yükdaşımaları həyata keçirəcək, eyni zamanda Mərkəzi Asiyadan, Çindən Aralıq dənizinə çıxışı təmin edəcək. Bu üç amil Azərbaycanın Avropa ilə Asiya arasında təminat zəncirində əhəmiyyətli oyunçulardan edəcək".

AzVision.az


Teqlər:



Xəbər lenti