Baronessa Nikolson Mikayıl Cabbarovla görüşüb

   Baronessa Nikolson Mikayıl Cabbarovla görüşüb
  10 Mart 2022    Oxunub:1122
Böyük Britaniya Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviter səhifəsində yazıb.

“Bu gün Baronessa Emma Nikolson və nazir Mikayıl Cabbarov arasında məhsuldar görüşü baş tutdu. Böyük Britaniya şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etməkdə maraqlıdır”, - səfir yazıb.



Xatırladaq ki, Böyük Britaniya Baş nazirinin ticarət elçisi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etmək və ticarət əlaqələrini genişləndirmək məqsədilə keçirilən tədbirlər çərçivəsində Azərbaycana üçgünlük səfər edir.




AzVision.az


Teqlər:



Xəbər lenti